İtaliyada "Canadair CL-415" tipli yanğınsöndürən təyyarə dağlıq ərazidə alovla mübarizə apararkən qəzaya uğrayıb.
Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, yerli mənbələrdən gələn məlumata görə hadisə Etna dağı ətrafında meşə yanğını ilə mübarizədə baş verib.
Hadisə zamanı çəkilmiş kadrlardan görünür ki, təyyarə alovu söndürmək üçün yerə endikdən sonra onun sağ qanadı dağın yamacında çırpılır və daha sonra yerə düşüb alovlanır.Axtarış-xilasetmə işləri nəticəsində iki pilotun cəsədinin tapıldığı bildirilir.
Hələlik qəzanın səbəbi məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Rza Demokrat.az

