Xalq yazıçısı Çingiz Abdullayev açıqlama yayıb.
Demokrat.az həmin açıqlamanı olduğu kimi təqdim edir:
“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğu yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”
Qeyd: Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında Ç.Abdullayev jurnalisti təhqir etmişdi.


