Sosial Özəl

Hansı aydan qazın təzyiqi artırılacaq? — RƏSMİ AÇIQLAMA

Hansı aydan qazın təzyiqi artırılacaq? — RƏSMİ AÇIQLAMA

2022-23-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun olaraq şəbəkəyə ötürülən təbii qazın təzyiqinin tənzimlənməsi və normada saxlanılaraq istehlakçıların fasiləsiz təbii qazla 668 ədəd qaztənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armatur quraşdırılmışdır.

Demokrat.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Qurum rəsmisi qeyd edib ki, temperatur dəyişməsi nəticəsində qaz kəmərlərinin gərilməsinin qarşısının alınması məqsədilə 6 ədəd kompensator quraşdırılmış və genişləndirilmişdir.

İ.Kərbəlayev əlavə edib ki, noyabr ayından etibarən qazın təzyiqi artırılacaq.

Aynurə Demokrat.az

D
demokrat.az