İkt

“WhatsApp”da yaranan problemin səbəbi bilindi

“WhatsApp”da yaranan problemin səbəbi bilindi

WhatsApp” messencerində bu gün baş verən nasazlıqların səbəbi bilinib.

Buu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.

Bildirilib ki, bu “Meta” şirkəti tərəfindən buraxılan texniki səhvdən baş verib.

“Biz bilirik ki, insanlar bu gün "WhatsApp"da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi aradan qaldırdıq və yaranan narahatlığa görə üzr istəyirik. Qısamüddətli problem bizim tərəfimizdən texniki nasazlığın nəticəsi idi”, - deyə şirkət bildirib.

“WhatsApp”da problemlər dünyanın əksər ölkələrində müşahidə olunub.

On minlərlə istifadəçi mesaj göndərərkən, serverə qoşulmaproblemlərindən şikayətlənib.

D
demokrat.az