Dünya Özəl

"Belçika Ukrayna ərazilərinin ilhaqını tanımır"

Belçika Ukrayna ərazilərinin ilhaqını tanımır

"Belçika parlamenti Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukrayna xalqı ilə həmrəydir, Rusiyanın müvəqqəti işğal olunmuş əraziləri ilhaq etmək cəhdlərini pisləyir və heç vaxt tanımayacaq"

Bu barədə Belçika Krallığının Federal Parlamentinin nümayəndələri Xorvatiyanın paytaxtında beynəlxalq Krım platformasının birinci parlament sammitinin işi zamanı bildiriblər.

“Təəssüf ki, Krım platformamızın əvvəlki iclasından sonra Ukraynada vəziyyət yaxşılaşmayıb.Rusiya Krımdan başqa Ukraynanın digər bölgələrini də ilhaq etməyə cəhd edib. BMT Baş Assambleyasının Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqını pisləyən qətnaməsinə uyğun olaraq, Belçika Krımın, Donbas bölgələrinin və Ukraynanın bəzi vilayətlərinin qanunsuz ilhaqını tanımır və heç vaxt tanımayacaq”, - deyə Belçika senatının rəhbəri Elian Tillot bildirib.

O qeyd edib ki, Belçika Aİ-nin digər üzvləri ilə birlikdə Rusiyaya qarşı görünməmiş siyasi və iqtisadi məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsində iştirak edir

Leyla Demokrat.az

D
demokrat.az