ABŞ Ukraynaya "Hawk" hava hücumundan müdafiə sistemlərini göndərməyi planlaşdırır. Modern.azxəbər verir ki, məlumatı "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, sistemlər ABŞ ordusunun silah anbarlarındanveriləcək. Silahların prezidentin PDA adlı xüsusi qərarı ilə Ukraynaya göndəriləcəyi qeyd olunur. Bu qərarla silahların ötürülməsi üçün Konqresinicazəsinə ehtiyac duyulmur. Agentlik vurğulayıbki, yeni göndəriləcəkhava hücumundan müdafiə sistemləri Vaşinqtonun yazda Kiyevə tədarük etdiyi "Stinger" zenit sistemlərini əvəz edəcək. "Stinger" ölçüsü və növü baxımından nisbətən kiçik, həm dəsadədir. Vyetnam müharibəsi dövründən qalan "Hawk" hava hücumundan müdafiə sistemləri bir neçə dəfə təkmilləşdirilib.Bu sistemlər Rusiyanın pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlarına qarşı müdafiədəUkraynaya kömək edəcək. Amerikanın "Raytheon" şirkəti tərəfindən istehsal olunan müdafiə sistemləri 1,5 km-dən 35 km-ə qədər məsafədə və 60 min ilə 18 min metr yüksəklikdə hədəfləri vurmaq üçün nəzərdə tutulub.
ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


