İranda kütləvi etiraz aksiyalarının əhatəsi genişlənir.
Demokrat.az xəbər verir ki, Cənubi Azərbaycanda yaşayan on minlərlə soydaşımız küçələrə çıxaraq, İranın fars-molla rejiminə etiraz edirlər.
Etirazların əsas səbəbi İranın fars-molla rejimi tərəfindən İranda yaşayan milyonlarla soydaşımıza qarşı kütləvi zorakılıq hallarının törədilməsi, onların öz ana dillərindən istifadəsinə qoyulan qadağalar və əhalinin böyük hissəsinin hüquqlarının kobud şəkildə tapdalanmasıdır.
İranın xüsusi xidmət orqanları dinc əhaliyə qarşı zor tətbiq edir. Artıq minlərlə insan həbs olunaraq, dəhşətli işgəncələrə məruz qalıb.
Həsən Azəri Demokrat.az


