Hadisə

31 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

31 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb. 31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az