Siyasət Özəl

“Araz çayının çirkləndirilməsi erməni toplumunun iyrənc mahiyyətini ortaya çıxarır” — ŞƏRH

“Araz çayının çirkləndirilməsi erməni toplumunun iyrənc mahiyyətini ortaya çıxarır” — ŞƏRH

“Ermənistanın belə hərəkətləri artıq adi haldır. Onlar bununla öz alçaq hərəkətlərindən əl çəkmirlər və bundan artıq da Ermənistandan nəsə gözləmək olmaz. Ermənistan işğalçı və terrorçu dövlətdir. Araz çayının çirkləndirilməsinin özü erməni toplumunun iyrənc mahiyyətini ortaya çıxarır. Bu varlıqlar o qədər insanlığa yad məxluqlardır ki, üzərində gəzdikləri torpaqların, suyundan istifadə etdikləri çayların məhv edilməsini özlərinə rəva görürlər. Heç bir əxlaqi, mənəviyyatı olan xalq təbiətin məhv edilməsinə yönəlik addım atmaq fikrinə düşməz, amma erməni adlı varlıqlar üçün belə məfhumlar yad olduğu üçün onlar düşmən hesab etdikləri insanlara zərbə vurmaq üçün hər yola əl atırlar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, siyasi şərhçi Azər Qasımov deyib. Analitik bildirib ki, Araz çayının istər strateji, istərsə də ölkədaxili təsərrüfat üçün əhəmiyyəti məlumdur.

“Araz çayının çirkləndirilməsi erməni toplumunun iyrənc mahiyyətini ortaya çıxarır” — ŞƏRH
“Strateji su mənbəyi kimi vacib əhəmiyyət kəsb edir. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə əvəzsiz rol oynayacaq. Kənd təsərrüfatının inkişafında və böyük ehtimalla, içməli su kimi istifadəsi üçün infrastruktur layihələrinin hazırlanmasına salınacaq. Görünən odur ki, Ermənistan bu yolla Azərbaycanın bu kimi planlarının qarşısını almağa, onları ləngitməyə çalışır. Əslində İran və Azərbaycan Araz çayı üzərində bir sıra infrastruktur layihələri həyata keçirib. Bu, işğal dövründə baş tutub. İndi onun reallaşması üçün həlledici mərhələdir. Ermənistan bunu bildiyi üçün öz destruktiv əməllərini artırıb. Ermənistanın belə əməllərinin ən dəhşətlisi Azərbaycan ərazilərinin işğalı zamanı orada bir sıra ərazilərdə Metsamor Atom Elektrik Stansiyasının nüvə materiallarının atdıqlarını basdırması faktıdır. Bu informasiya hələ işğal dövründə məlum idi. Bu fakt Azərbaycan ərazilərində basdırılmış milyondan çox minadan da təhlükəlidir. Hesab edirəm ki, bu fakt ciddi araşdırılmalıdır”.

A.Qasımov qeyd edib ki, istər Araz çayının çirkləndirilməsi, istərsə də nüvə artıqlarının basdırılması faktı mütləq dünya ictimaiyyətinin diqqətinə çatdırılmadır.

“Bəzi Avropa ölkələri müdafiə etdikləri erməni toplumunun necə məxluqlar olduğunu bir daha tanısınlar. Təbii ki, bu, çox şeyi dəyişməz. Onların özlərinin keçmişi erməni toplumunun vəhşi keçmişindən elə də fərqlənmir, amma ən azı dillərinin nisbətən qısa olmasına müəyyən qədər təsir etmiş olar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az