Düşmən ona qarşı nə planlaşdırsa da, Ukrayna özünü müdafiə etməyi bacarır.
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sonuncu videomüraciətində bildirib.
Dövlət başçısı hava hücumundan müdafiə sistemlərini verən ölkələrə təşəkkür edərək qeyd edib ki, artıq Ukraynanın HHM sistemi möhkəmlənib.


