Hadisə

Mingəçevirdə qəzada ölənlər filial müdirləri imiş

Mingəçevirdə qəzada ölənlər filial müdirləri imiş

Xəbər verdiyimiz kimi, Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

Demokrat.azAPA-ya istinadən xəbər verir ki, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.

Bunlar 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovadır.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

D
demokrat.az