Sosial

VAZ dairəsindəki yeniliyi "Xəzər"də tənqid etdi, AzTV-də təriflədi — VİDEO

VAZ dairəsindəki yeniliyi Xəzərdə tənqid etdi, AzTV-də təriflədi — VİDEO

Tərlan Mikayılov adlı vətəndaşın Bakı-Sumqayıt yolundan Xırdalan şəhərinə girişi təmin edən məşhur VAZ dairəsindəki dəyişiklik barədə Azərbaycan televiziyalarına verdiyi müsahibələr sosial şəbəkələrdə gündəm olub.

Demokrat.az xəbər verir ki, sözügedən şəxsin AzTV və “Xəzər" TV-ə verdiyi müsahibələr təzad təşkil edib.

Belə ki, T. Mikayılov Xəzər TV-yə verdiyi müsahibəsində dəyişiklikdən narazılığını ifadə edib.

Eyni mövzu barədə AzTV-yə danışan sürücü dəyişikliyin sıxlığı aradan qaldıracağını deyib.

Onun müsahibələrində bir-birinə əks fikirlər səsləndirməsi sosial şəbəkələrdə gündəm olub.

Sözügedən kadrları təqdim edirik:

Yeniavaz.com

D
demokrat.az