Türkiyənin Bartın şəhərində kömür mədənində baş verən partlayışın ilkin səbəbi açıqlanıb.
“Qafqazinfo”nun “DHA”ya istinadən məlumatına görə, ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz partlayışa səbəb metan qazının yayılmasının olduğunu bildirib.
Xatırladaq ki, dünən axşam saatlarından baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.


