Mədəniyyət Özəl

İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR

İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bir sıra şəhərləri əhatə edən “Mədəniyyət Yolu Festivalları” çərçivəsində müxtəlif layihələr həyata keçirilir.

Demokrat.az-ın İstanbulda olan jurnalisti xəbər verir ki, Türkiyə mədəni turizm imkanlarının təbliğinə xidmət edən layihədə Azərbaycan mədəniyyətinə yer ayrılıb.

Belə ki, İstanbulun mərkəzində yerləşən muzeylərdən birində Qarabağ xalçası sərgilənir.Əsərin adı “Şuşa”dır.

Məlumat lövhəsində xalça və Qarabağla bağlı məlumat da verilib.

“Beyoğlu Mədəniyyyət Yolu" festivalı çərçivəsində silsilə tədbirlər – sərgilər, konsertlər, tarixi və mədəni yerlərin ziyarəti, həmçinim təqdimatlarla yadda qalıb.

"Mezo Digital Azerbaijan" şirkətinin İdarə Heyətinin sədri Nabat Qaraxanova Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən layihənin həyata keçirilməsinə Azərbaycanın Mədəniyyət Nazirliyi də böyük dəstək göstərir.

Onun sözlərinə görə, bu, ilk digital layihədir.

@goturkiye #GoTürkiye #Beyoglucultureroute

İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR
İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR
İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR
İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR
İstanbuldakı “Şuşa”ya ziyarətçi axını — FOTOLAR

Vasif Həsənli Demokrat.az Bakı-İstanbul-Bakı

D
demokrat.az