İdman

"Qarabağ" "Olimpiakos"la heç-heçə etdi, "Frayburq" pley-offda

Qarabağ Olimpiakosla heç-heçə etdi, Frayburq pley-offda

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Olimpiakos”u qəbul edib.Yunanıstanda bu rəqibi 3 cavabsız qolla məğlub edən Ağdam təmsilçisi bu görüşdə də qələbəni hədəfləsə də, görüş qolsuz başa çatıb. Bu nəticədən sonra "Qarabağ"UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib. Qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn "Frayburq" pley-offa vəsiqə qazanıb.

13 oktyabr Avropa Liqası Qrup mərhələsi, 4-cütur

G qrupu 20:45. “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan) Baş hakim:Kreyq Pauson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:45. "Nant" (Fransa) - "Frayburq" (Almaniya) Qol:Kubler, 26, Qriqorits, 71, Şade, 82, Yonq Vo-Yonq, 87

1Frayburq4400111+1012 2Qarabağ421172+57 3Nant4103210-93 4Olimpiakos401318-71

D
demokrat.az