Hadisə

Daşkəsəndə avtomobil aşdı, xəsarət alanlar var

Daşkəsəndə avtomobil aşdı, xəsarət alanlar var

Daşkəsən rayonunda idarəetmədən çıxan minik avtomobili aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Təzəkənd kəndində baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb. Onlardan biri - Daşkəsən rayon sakini, 1975-ci il təvəllüdlü S.Abbasovun ayağı sınıb.

Digər 2 nəfər isə yüngül xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az