Rusiyada qismən səfərbərlikdən sonra müharibəyə göndərilənlər arasında ölənlər var.
Demokrat.az xəbər verir ki, bununla bağlı Çelyabinsk vilayət qubernatorunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, səfərbərliklə hərbi xidmətə çağırılmış 5 yerli sakin Ukraynada gedən döyüşlərdə həlak olub.
Onların hansı şəraitdə həlak olduğu məlum deyil. Ölənlərin ailələrinə maddi yardım göstəriləcək.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib.


