Abşeronda eyni anda iki yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hər iki hadisə qısa zaman kəsiyində Xırdalan şəhərinin eyni küçəsində baş verib.
Belə ki, əvvəlcəVAZ-2107markalı maşın“ToyotaPrado” markalı avtomobillə toqquşub.
Bundan sonra isə dönmə manevrini düzgün yerinə yetirməyən“Daewoo Nexia” qəzaya səbəb olub. Belə ki“KİA Rio” markalı maşın“Nexia”ya çırpılıb.
Hadisə nəticəsində avtomobillər yararsız hala düşüb. Xəsarət alanlarla bağlı məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.


