Gündəm Özəl

"Erməni xalqı ilə birgə yaşamağımız çətin məsələdir” — Partiya sədri

Erməni xalqı ilə birgə yaşamağımız çətin məsələdir” — Partiya sədri

“Ermənilər azərbaycanlılara qarşı çox böyük faciələr törədiblər. O faciələri unutmaq mümkün deyil! Bilirsiniz ki, ermənilərin işğalı nəticəsində bir milyondan çox qaçqınımız olub və onların yenidən erməni xalqı ilə birgə yaşaması çətin məsələdir. Ermənilər etdiklərini etiraf etdikdən sonra iki xalq arasında münasibətlər normallaşa bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya sədri qeyd edib ki, bu gün əgər ermənilər yenə də hansısa oyunları qururlarsa, bu zaman mehriban şəraitdə yaşamaq yenə də mümkün olmayacaq.

“Cənab Prezidentimiz dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlar üçün də bütün hüquqlar tanınacaq. Yəni, biz insan haqlarına hörmətlə yanaşırıq, ölkəmizdə istənilən vətəndaşların hüquqları qorunur, o cümlədən də Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi də qorunacaq. Azərbaycan bunu heç kəslə müzakirə etməyəcək, biz özümüz öz vətəndaşlarımızın hüquqlarını təmin edəcəyik. Bəs, onlar törətdikləri cinayətlərə görə özləri birgə yaşaya biləcəklərmi?“.

Onun sözlərinə görə, sovet dövründə iki xalq birgə yaşasa da, indiki halda bu real görünmür:

“1918-20-ci illərdə Rusiya işğal prosesini həyata keçirdi. Bu dönəmdə təəssüf ki, Azərbaycan xalqı hər şeyi yaddan çıxartdı. Nə kitabda, nə də dərsliklərdə onunla bağlı heç nəyə rast gəlmirdik. Amma, ermənilər öz təbliğatlarını aparırdılar. Düşünürəm ki, bundan sonrakı gələcək nəsillərimiz ermənilərin bütün cinayətlərini unutmamalıdırlar. Ona görə unutmamalıdırlar ki, ermənilər bir də cəsarət edib, o cinayətləri törətməsinlər. Barışıq da olsa, olanları unutmamalıyıq. İnanmıram ki, iki xalq arasındakı əvvəlki xoş münasibət yaransın. Qarabağ təşkilatı olan vaxtlarımızda da bunu deyirdik və bizi ermənifobiyada ittiham edirdilər. Bəli, biz ermənilərə nifrət edirik, o vaxtı da nifrət edirdik. Ona görə yox ki, onlar ermənilərdir, ona görə ki, onlar cinayətkardırlar, terrorçudular, Azərbaycan xalqına qarşı olmazın terrorunu törədiblər, qətliam törədiblər! Ona görə də, onların törətdikləri bu cinayətləri heç zaman unutmamalıyıq”.

Aynurə Demokrat.az

D
demokrat.az