Hadisə

Moskvadakı hava limanında yanan təyyarədə 13 nəfər öldü (VİDEO)

Moskvadakı hava limanında yanan təyyarədə 13 nəfər öldü (VİDEO)

Moskvanın Şeremetyevo hava limanında sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

Demokrat.Az "RİA Novosti"-yə istinadən xəbər verir ki, "Moskva – Murmansk" reysi ilə hərəkət edən təyyarənin quyruq hissəsində başlayan yanğın zamanı 13 nəfər dünyasını dəyişib.

Təyyarədə 72 nəfər sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərdən biri yanğın olduğunu hiss edib və dərhal ekipaja məlumat verib.

Təyyarənin ildırım vurması nəticəsində alışıb yanması əsas səbəb kimi göstərilir.

Demokrat.Az

D
demokrat.az