Gündəm

Krımdakı partlayışda ölənlərin sayı AÇIQLANDI

Krımdakı partlayışda ölənlərin sayı AÇIQLANDI

Krım körpüsündə törədilən partlayışda, ilkin məlumata görə, üç nəfər ölüb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Hazırda sudan iki nəfərin – qadın və kişinin – meyitləri çıxarılıb, şəxsiyyətləri müəyyənləşdirilir.

Körpüdə partladıldığı deyilən yük maşını və sahibi də müəyyən olunub. Qeyd olunur ki, sürücü Krasnodar diyarının vətəndaşı olub. Onun yaşadığı yer üzrə araşdırmalara başlanılıb. Həmçinin avtomobilin marşrutu və müvafiq sənədləri də tədqiq olunur./Oxu.az

D
demokrat.az