Türkiyənin məşhur aktyoru İsmail İncəkara dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, aktyor 72 yaşında vəfat edib.
İsmayıl İncəkara “Dünyanı xilas edən insan oğlu”, “Dar məkanda qısa keçid”, “Deli ürək”, “Ömür bağları”, “Kurtlar Vadisi” kimi məşhur seriallarda yer alıb.
Qeyd edək ki, aktyor dünyanın bir çox ölkəsində məşhurlaşan“Kurtlar Vadisi” serialında İplikçi Nədim obrazını canlandıraraq yaddaşlara həkk olunub.
Allah rəhmət eləsin!



