Ukrayna rusların ilhaq etdiyi Xersondakı Mala Oleksandrivka, Petropavlivka, Novohryhorivka və Novovoskresenske bölgələrini geri alıb.
Demokrat.az xəbər verir ki, bu məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb:
"Rusiya Ukraynanın şərqindəki Donbasdakı Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrini ilhaq etdikdən sonra Ukrayna ordusu da bu bölgələrə hücumlara başlayıb və sürətlə irəliləyir".
O, Xerson vilayətində Mala Oleksandrivkada uğurlu əməliyyat - taktiki hücumu həyata keçirmiş qrupu tanımaq istədiyini bildirib. Prezident əməliyyatın hələ də davam etdiyini və rusların bu gün Ukrayna ordusuna qarşı istifadə etdiyi İran istehsalı olan 6 pilotsuz uçuş aparatının Hərbi Hava Qüvvələri tərəfindən vurulduğunu qeyd edib.
Zelenski bildirib ki, Ukrayna ordusu tərəfindən Donetskdəki Lyman, Svyatohirsk və Yarovya şəhərlərində normal həyat axını bərpa olunub.
Jalə Demokrat.az


