Hadisə

İrandakı zəlzələ Naxçıvanda hiss edildi

İrandakı zəlzələ Naxçıvanda hiss edildi

İran ərazisində 5,1 bal gücündə zəzələ baş verib.

Bu barədə Milli Seysmologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu gün saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub.

Demokrat.az

D
demokrat.az