Siyasət Özəl

Ulu Öndər Heydər Əliyev siyasət nəhəngidir

Ulu Öndər Heydər Əliyev siyasət nəhəngidir

Hər bir xalqın milli azadlıq tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayırlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təsübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı. 1990-cı illərin əvvəlində isə bu dahi şəxsiyyət Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. 1990-cı illərin siyasi mənzərəsi həqiqətən də acınacaqlı idi. 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi elan olunsa da, bu müstəqillik kağız üzərində idi. 1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr isə ölkəmizi uçuruma aparırdı. Belə bir şəraitdə Azərbaycan xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı.

Elə həmin dönəmlərdə məhv olmaq təhlükəsi ilə üzləşən, azadlığa yenicə qədəm qoymuş Azərbycanda yaranan xaos az daha ölkədə vətəndaş qırğınına səbəb olacaqdı. Belə bir məqamda xalq çıxış yolunu dahi şəxsiyyət Heydər Əliyevin siyasətində gördülər. Xalqın təkidi ilə 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz bu seçkilərdən sonra ölkəmizin yeni inkişaf mərhələsinin təməli qoyuldu.

Beynəlxalq arenda müstəqil dövlət kimi ölkəmiz Ulu Öndər Heydər Əliyevə görə tanındı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Heydər Əliyevin uzaqgörənliyi onun dahiliyi barədə çox dünya liderləri, çox məhşur yazıçılar, şairlər, dünya siyasətçiləri fikir bildrib. Onun haqqında deyilən fikirlərdən bir neçəsini qeyd etmək istəyirəm.

ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.

Məşhur ABŞ politoloqu Zbiqnev Bjezinski: Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir.

Heydər Əliyev mövzusu əbədiyaşar mövzudur. Dahi şəxsiyyət haqqında yazmaq, fikir söyləmək çox məsuliyyət tələb edir, bu, həmçinin olduqca şərəflidir. Heydər Əliyev xalqımızın taleyinə güclü və parlaq zəkaya, xüsusi intellektə, dərin fəlsəfi təfəkkürə, ecazkar siyasi duyuma və miqyaslı düşüncə qabiliyyətinə, polad iradəyə, misilsiz mətanətə, heç də hamıya nəsib olmayan möhkəm yaddaşa malik işıqlı bir şəxsiyyət kimi daxil olmuşdur. XX əsrin 30 ilindən artıq bir dövrdə doğma Azərbaycanımızın, xalqımızın həyatında baş vermiş tərəqqi və inkişaf, yüksəliş təcəssümü ola biləcək bütün əlamətdar hadisələr onun böyük və şərəfli adı ilə bağlıdır. Bütün ruhu ilə, cismi ilə vətəninə bağlı olan, xalqını millətini sevən, vətənə olan sevgisi ilə xalqına örnək liderin siyasəti ilə vətəndaşlarımız, xalqımız bir yumruq tək bu gün də layiqli davamçısı Cənab İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşərək və vətənə gözünü qırpmadan canını verəcək qədər sevgiylə bağlıdır.

Yaşasın Ulu Öndər sevgisi, Ulu Öndər siyasəti.

Jalə Eyvazova ADU-nun III kurs tələbəsi

D
demokrat.az