İdman

UEFA "Qarabağ"la oyun öncəsi "Olimpiakos"u sərt cəzalandırdı

UEFA Qarabağla oyun öncəsi Olimpiakosu sərt cəzalandırdı

UEFA "Olimpiakos" klubunu cəzalandırıb.

Demokrat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin azarkeşləri "Frayburq"a 0:3 hesabı ilə uduzduqları görüşdə pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən, UEFA "Olimpiakos"u 50 min avro məbləğində cərimələyib və "Qarabağ"la oktyabrın 6-da keçiriləcək AL-nin qrup mərhələsinin III tur oyununda şimal tribunasına azarkeş buraxılmayacaq.

Yunanıstan klubu "Frayburq"la matçda ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı "Georgios Karaiskakis" stadionunda Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Cavab oyunu bir həftə sonra Bakıda olacaq. /Offsideplus.az

D
demokrat.az