Dünya Özəl

Ukrayna ordusu rusların komanda məntəqəsini vurdu

Ukrayna ordusu rusların komanda məntəqəsini vurdu

Ukrayna ordusu qarşı tərəfin 11 hücumunu dəf edərək, rusların komanda məntəqəsini vurublar.

Demokrat.az-ın xəbərinə görə, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, hazırda Müdafiə Qüvvələrinin bölmələri Zaitsevo, Mayorsk, Jeleznoye, Otradovka, Nikolaevka İkinci, Ozeryanovka, Pervomayskoye, Pobeda, Novomikaylovka, Pavlovka və Bezımyannoye yaşayış məntəqələrində rusların hücumları dəf edib.

Quru dəstələrinin hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin iki dayaq məntəqəsini vurub.

Raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsinə, düşmənin 4 canlı qüvvəsi və texnikasının cəmləşdiyi əraziyə, bir stansiyasına zərbələr endirib.

Qeyd olunur ki, Rusiya ordusu Donetsk vilayətindən gün ərzində 2 raket və 3 hava zərbəsi endirib, çoxsaylı buraxılış raket sistemlərindən 6-dan çox hücum həyata keçirib.

Zamiq Demokrat.az

D
demokrat.az