Hadisə

Azərbaycanda baş redaktor saxlanıldı

Azərbaycanda baş redaktor saxlanıldı

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

"Ölkə.Az" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Tutulan şəxs Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağabalayevadır (Ağacan).

Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Onun üzərindən bükülmüş halda narkotik maddə aşkar edilərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb.

Demokrat.Az

D
demokrat.az