Ədəbiyyat

Çingiz Abdullayev AYB-yə sədr gəlir? — Anardan iddialı açıqlama

Çingiz Abdullayev AYB-yə sədr gəlir? — Anardan iddialı açıqlama

"Mən sözümü demişəm, yenə də deyirəm, namizədliyimi yenə irəli sürəcəyəm”.

Demokrat.az xəbər verir ki, bunu Qaynarinfo-ya Xalq yazıçısı Anar Rzayev Yazıçılar Birliyinin növbəti qurultayından danışarkən deyib. Sədr bildirib ki, qurultayla bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

"Qurultay oktyabrın 6-da olmayacaq, vaxtını uzatmaq qərarına gəldik”.

Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləcəyi ilə bağlı suala isə Anar Rzayevin cavabı belə oldu:

"Saytlar ağızlarına gələni yazır. Yatırlar, yuxuda gördüklərini saytlarında xəbərə çevirirlər. Mən yenə də sədr postuna iddialıyam”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı gözlənilir.

D
demokrat.az