Ədəbiyyat

Güneyli şairə Muğan qızının şeirləri

Güneyli şairə Muğan qızının şeirləri

Demokrat.az güneyli şairə Muğan qızının şeirlərini təqdim edir:

Yuxu olsaydın

Səni gözümə sürmə çəkib yatardım mən,

Mışım-mışım

incə-incə.

Sən bir mahnı

təranəsən,

Oxunmağa can atırsan.

Səni Orxun, səni Latın,

Səni türkcə oxuyaram.

ulusların amacı tək yaşayram,

yaşadaram.

Sən gözəlsən, düşüncəmsən,

Yaşıl, mavi, qırmızımsan,

Məni yellən,

məni uç,

Ucalardan səsim gəlsin,

qartal təkin,

çinar təkin.

Beynimdəki duyğuların

ən aydın şəkili, sənsən.

Məni uçur, arzuların qovuşduran mahalına,

Mşım-mışım,

incə-incə

mahnı-mahnı

8 sentyabr 2026


Çillə gəlir

Uzanır gecənin əlləri şəhrin canına

Qar da yağır

Deməyə söz gəzirəm

Amma yox,

Sözümü deməyə söz gəzirəm

Sözümə baxmalıyam

Qan qoxusun silməliyəm

Gözümü yummalıyam

Silkələnib beynimdən

Daş, dəmirtək səs edən hay huyumu Atmalıyam,

Özümü sadəliyə vurmalıyam

Axı qan, qandı mənim beynimdə

Qazetəyə baxmaq həmən

İlk xəbərlər belədir.

Ət tapılmır

Bahadır hatta soğan

Və acından ölüb ınsan balası

Quruyubdur dənizim (Urmu gölüm)

Mənə bax

Mənə bax ay qara qancıl ürəgim

Meşələr də yanıb

Hələ çoxlu xəbərin heş demirəm

Mən demirəm əlbəttə

Bu xəbərlər oların sözləridi.

Heç utanmırlar ki,

Kürəgində uşaq

Zibilin içrə gəzən arvatdan?!

Gözümü yummalıyam

Görməyim gəlmir axı dəhşəti mən

Elə bil qar da yağır

Hələ pis pis çillədir!!!

Süfrənin bağrı yanır

Atanın bağrı təkin

Ananın ahı təkin

Və nışanlı qıza pay getmə için

Kim bilir kim haradan borc alacaq?!

Mən özüm sadəliyə Xuy (ünsiyət) tapıram

Çilləni bayramı da

Atmalıyam

Bu xəbər gerçəkdir

Ət bahadır!

Yeyir ınsan qəm ilə qüssə kədər

Gözümü yummalıyam

Heyva ya, xurmalıya, al ənara (Qıp-qırmızı nara)

Day özümdən demirəm.

Mən səni çox sevirəm

Heç bilirdin əzizim,

Çox sevirəm.

Ölməmişdən deməli sevgilimə

Anamı öpməliyəm

Atamı bağrıma basmış

Və onun əllərini

Əlimə almalıyam.

Bahalıqdır, bahalıq

Heç sevinmir ürəyim

Çillə gəlir.

19 dekabr 2025


Müəllif: Güney Azərbaycanlı Səmira Ciddi (Muğan qızı)

Qısa arayış: Hazırda Şairə xanım Muğan Qızı təxəllüsü ilə yazan Samira Ciddi əslən Muğanın Prsa Abad kimi təhrif edilmiş "Qoç Qışlağı" şəhərindən olaraq əski adı "Ocan" və farslaşdırma nədəni ilə "BostanAbad" kimi dəyişdirilmış Şəhərin ƏminAbad Kəndində ailəsi ilə yaşayır, Ata evi isə Ərdəbildədir.

BU
Bəxtiyar Umarlı
Redaktor