Xaçmaz rayonunda kişini elektrik cərəyanı vurub. Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə Üçgün kəndində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Murad Arif oğlu Qurbanəliyev yaşadığı evin həyətyanı sahəsində tövlədəki mal-qaraya baxarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vuraraq öldürüb. M.Qurbanəliyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.
55 yaşlı kişini "tok" vurub öldürdü
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


