İrəvanda səfərdə olan KTMT-nin Baş katibi Stanislav Zas dünən Ermənistan ordusunun Baş Qərargahının rəisi general-mayor Edvard Asryan ilə görüşüb. Tərəflər görüş zamanı Ermənistan- Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər.
Modern.az xəbər verir ki, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun görüşdən paylaşdığı foto sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə səbəb olub.
Görüşdən yayılan fotoda tərəflərin Azərbaycan və Ermənistan sərhədinin xəritəsini müşahidə etdiyi görünür.
Xəritədə Laçın və Naxçıvan arasında çəkilən xətt ermənilərin narazılığına səbəb olub. Bəzi erməni sosial şəbəkə istifadəçiləri KTMT-nin Zəngəzur dəhlizinə razılıq verə biləcəyini bildirir.




