Hadisə

Bakı - Quba yolunda mikroavtobus aşdı: Ölən və yaralananlar var

Bakı - Quba yolunda mikroavtobus aşdı: Ölən və yaralananlar var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində qeydə alınıb.

Bakı – Quba yolunda baş vermişqəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindənOxu.Az-a bildirilib ki, üzü Şabran istiqamətinə 10-0F-572 nömrəli “Mercedes” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “Chevrolete” markalı avtomobillə ötmə əməliyyatı apararkən toqquşub:

“Hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı bir nəfər həlak olub, 10-a yaxın sərnişin ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya müraciət edib”.

D
demokrat.az