Gündəm Özəl

“Putin Rusiyanı batırır”— Sabiq deputat

“Putin Rusiyanı batırır”— Sabiq deputat

“Rusiyanın səfərbərlik elan edəcəyi gözlənilən və proqnozlaşdırılan bir hadisə idi. Çünki hal-hazırda Rusiya ordusu çox bərbad bir vəziyyətdədir. Rusiyanın Ukraynada hərbi cəhətdən uduzmasınaın əsas səbəbi Rusiya hərbi elitasının əsasən Ukraynalılardan ibarət olması idi. Açığı, nə qədər general öz xalqına qarşı vuruşmadı. Düzdür, bizim mətbuatda bu məsələlər o qədər də işıqlandırılmadı. Amma, Rusiyanın müxalif mətbuatında bu məsələlər kifayət qədər öz əksini tapmışdır”.

Bu fikirləri sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, onların öz xalqına qarşı vuruşmamaqları anlaşılan bir məsələ idi:

“Ona görə də, Rusiyadan göndərilənlər türk kökənlər, Şimali Qafqaz xalqları və müsəlmanlar idilər. Bunlar da gördülər ki, ancaq qurbanlıq quzu kimi irəli verilib. Yəni, Rusiya onu təmsil edən rus xalqının nümayəndələri deyil, onun imperiyası altında türk kökənlərin və müsəlmanların təmsilçiliyə ilə müharibəni həyata keçirməyə çalışırdı. Artıq bu da özünün doğrultmadı. Ona görə Rusiya belə bir addım atdı, amma bu, Rusiyaya kömək etməyəcək. Rusiyada müharibədə nə qədər ki vuruşa bilənlər var idisə, onların hamısı Rusiyanı tərk edib. Həm qonşu respublikaları, həm də Avropaya sığınıblar. Ona görə də, belə bir hərəkətin uğurlu olacağı o qədər də proqnozlaşdırmaq açığı mümkünsüzdür. Çünki Rusiya tək Ukrayanaya qarşı vuruşmur, Ukraynanın yanında Avropanın aparıcı ölkələri və ABŞ da var. Ona görə də, Rusiya üçün çox çətin olacaq. Putin xilas etməyə çalışdıqca, müharibəni uzatdıqca, əksinə Rusiyanı batırır. Ona görə də, əlacsızlıqdan nüvə silahından istifadə edəcəyi ilə bağlı təhdid edir. Yəni, onun bu prinsipi gündəmə gətirir. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Putin deyir ki, əgər mən hakimiyyətdən gedəcəyəmsə, mənə bir şey olacaqsa, qoy başqalarına da ziyan vurum. Bunun başqa bir fəlsəfəsi yoxdur. Bu fəlsəfə də həmişə özünü doğrultmur”.

Aynurə Demokrat.az

D
demokrat.az