Hadisə

Bakıda yataqxanada yanğın oldu, 15 nəfər təxliyə edildi

Bakıda yataqxanada yanğın oldu, 15 nəfər təxliyə edildi

Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Demokrat.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az