Hadisə

Nənəsinin bank hesabından oğurluq edən yeniyetmə saxlanıldı

Nənəsinin bank hesabından oğurluq edən yeniyetmə saxlanıldı

Binəqədi rayonunda yeniyetmənin nənəsinin bank hesabından oğurluq etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbə sakini olan bir qadının bank hesabından 1110 manatının oğurlanması barədə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadının 14 yaşlı nəvəsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

D
demokrat.az