Hadisə

Balakəndə yol qəzası: ölən və yaralananlar var

Balakəndə yol qəzası: ölən və yaralananlar var

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az