Bir neçə gündür ki,itkin kimi axtarışda olan Ağsu sakini qətlə yetirilib.
Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.Bu gün 33 yaşlı Aybənizinqətlə yetirildiyi məlum olub. Araşdırma zamanı onun atası Nazim Əliyev tərəfindən öldürülməsi müəyyən edilib.
Modern.az-ınəldə etdiyi məlumata görə,Aybəniz Abdullayeva Ağsunun Pirhəsənli kəndinin sakini olub. O, bir neçə il öncəhəmin kənddə yaşayanbibisi oğlu ilə ailə həyatı qurub. Onların7 yaşlı bir oğlu var. A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir, o, ara-sıra Ağsuya gedərək ailəsinə baş çəkirmiş.
Qadın ərinin Bakıda olduğu gün - sentyabrın 2-də heç kimə demədən evdən qaçaraqAbşeron rayonuna gəlib.Aybəniz bir neçə gün kimliyi hələlik açıqlanmayan tanışının evində qalıb. Qızının evdən qaçmasından xəbər tutanNazim Əliyev dərhal axtarışlara başlayıb. O, A.Abdullayevanın yerini müəyyən edərək,Abşerona yollanıb.
N.Əliyevbu gün səhər saatlarında qızınınqaldığı evitaparaq, onu bıçaqla qətlə yetirib. Qadının meyiti bu gün səhər saatlarındaBakı-Sumqayıt avtomobil yolunun kənarında aşkarlanıb. İlkin ehtimala görə, cinayət hadisəsinamus üstündə törədilib.
Qeyd edək ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.


