“Cənubi Qafqazda Rusiya və Avropa İttifaqı arasında rəqabət uğrunda mübarizə gedir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı bu təşəbbüsü ələ almaq istəyir:
“Konkret olaraq praktiki addımlar Avropa İttifaqı tərəfindən atılır və Azərbaycan da, Ermənistan da məhz Brüsselin vasitəçiliyinə etimad edir. Çünki Rusiya tərəfi konkret olaraq sülhün əldə edilməsində fəaliyyət göstərir. Düşünürəm ki, Avropa İttifaqı Brüsseldə 4 dəfə görüş keçirdi.
Bu görüşlər müsbət aurada keçib. Hesab edirəm ki, bundan sonra da Brüssel ciddi şəkildə öz praqmatik sülh təşəbbüslərini ortaya qoyacaq”.
Analitik qeyd edib ki, Rusiya Ermənistan-Azərbaycan arasında sühün əldə edilməsinə kənarda qalacaq:
“Düşünürəm ki, hətta qalıb da. Azərbaycan da, Ermənistan da Brüssel formatına üstünlük verir. Rusiya ilə aparılan danışıqlarda yalnız manipulyasiya olunur, Rusiya prosesdə fəaliyyət göstərir. Yalnız əldə olunan razılaşmalar sənədlər Rusiya vasitəsilə ilə imzalanır. Amma, Rusiya onların fəaliyyətə keçməsinin qarşısını alır. Rusiyanın siyasəti bundan ibarətdir. Təbii ki, ən aktiv şəkildə Brüssel Rusiyadan bu prosesdə qabaqdır və Avropa İttifaqı da prosesi müsbətə doğru aparacaq”.
Aynurə Pənahqızı
Demokrat.az


