Hadisə

Azərbaycanda məktəbdə QALMAQAL: Yeni direktoru qovdular (VİDEO)

Azərbaycanda məktəbdə QALMAQAL: Yeni direktoru qovdular (VİDEO)

Göyçay Rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Kollektiv təhsil ocağının foyesinə toplaşaraq yeni təyinata qarşı etiraz edib.

Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri yeni direktoru məktəbə buraxmadılar.

Kollektiv təhsil ocağının foyesinə toplaşaraq yeni təyinata qarşı etiraz edib.

Məlumata görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi kimi çalışan Günay Hacıyevanı direktor təyin olunub. Musiqi məktəbinin kollektivi isə bununla razılaşmayıb. İşçilər bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir.

Ağdaş Regional Mədəniyyət İdarəsindən bildirilib ki, Günay Hacıyeva mədəniyyət nazirlyi ilə razılaşdırılaraq təyin edilib.

Məsələ ilə bağlı mədəniyyət nazirliyinə arayış göndərilib, hazırda araşdırmalar aparılır.

Demokrat.az

D
demokrat.az