Hadisə Özəl

18 yaşlı oğlan özündən 4 yaş kiçik həmcinsinə təcavüz etdi — Azərbaycanda şok olay

18 yaşlı oğlan özündən 4 yaş kiçik həmcinsinə təcavüz etdi — Azərbaycanda şok olay

Füzuli rayonunda 2004-cü il təvəllüdlü Valeh həmkəndlisi Elvinə (adlar şərtidir – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Böyük Bəhmənli kəndində baş verib.

Belə ki, orta məktəbin şagirdi olan Valeh özündən yaçca kiçik olan 2008-ci il təvəllüdlü Elvinlə onun yaşadığı evin həyətində yerləşən ayaqyolunda qeyri-təbii yolla cinsi əlaqədə olub. Valeh Elvinin həmin vaxt ayaqyoluna girdiyini gprüb və o, ayaqyolunun üstünə daş atıb.

Daha sonra ayaqyoluna gəlib və Elvinin köməksiz vəziyyətindən istifadə edərək, onunla zorla cinsi əlaqədə olub. Sonra digər seksual xarakterli hərəkətlər edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Valeh 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Valehin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi Valehin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Bundan sonra müdafiəçi eyni tələblə kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, şikayət təmin edilməyib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az