İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu barədə Azərbaycan Konstitusiyasında da ayrıca bir maddə var. Əlbəttə, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması əsas hədəflərdən biridir. Bəs vətəndaşların siyasi fəallığının artmasında, siyasi mədəniyyətlərinin yüksəlməsində vətəndaş cəmiyyətinin və siyasi partiyaların rolu nədən ibarətdir? 

Türkiyənin məşhur jurnalisti Uğur Muncu deyirdi ki, bəziləri bilik sahibi olmadan fikir sahibi olmaq istəyirlər. Bu, Azərbaycan siyasətində də çox geniş yayılıb. Normal halda siyasətçi günün ən azı 8-9 saatını öz üzərində işləməlidir, oxumalıdır, araşdırmalıdır. Təbii ki, siyasi liderlər üçün çox müxtəlif məsələlərlə bağlı materiallar hazırlanmalıdır. Ancaq Azərbaycanda ən böyük problem ondan ibarətdir ki, siyasətçilər oxumağı sevmirlər, öz üzərlərində işləməyi sevmirlər. Bəzən də oxuduqlarını, eşitdiklərini anlamaqda çətinlik çəkirlər”.
Partiya sədri hesab edir ki, ölkədə gənc nəsli maarifləndirəcək siyasi lider çox azdır:
“Ona görə də, açıq demək lazımdır ki, bu gün Azərbaycanda gənclərə nümunə ola biləcək və gəncləri maarifləndirəcək siyasi liderlər o qədər də çox deyil. Ancaq başqa bir yol da yoxdur və düşünürəm ki, gənclər aktiv şəkildə siyasətə qoşulmalıdırlar və artıq insanları bezdirən, yoran siyasətçiləri əvəz etməyə çalışmalıdırlar. Bu yaxınlarda parlamentdə "Siyasi partiyalar haqqında" Qanunun müzakirəsinin başlanacağı gözlənilir və çox istərdik ki, bu qanun siyasi partiyaların inkişafına öz töhfəsini versin. Təbii ki, proporsional seçki sistemini bərpa etsin ki, gənclərin, ziyalıların partiyalara gəlməsi üçün bir stimul yaransın. Siyasi partiyalar üçün daha geniş meydan hazırlanmalıdır və bu istiqamətdə təbiidir ki, proporsional seçki sisteminin bərpası öz rolunu oynaya bilər”.
Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında deyib ki, vətəndaşların siyasi fəallığının artırılması, siyasi mədəniyyətin formalaşması birbaşa vətəndaş cəmiyyətinin və siyasi partiyaların işidir: 
Bu baxımdan da təbii ki, əsas siyasi partiyaların vətəndaş cəmiyyətinin inkişafı dövlətin cəmiyyətin daxildən möhkəmliyinin əlamətidir və istənilən dövlət maraqlı olmalıdır ki, onun vətəndaş cəmiyyəti həm də siyasi sistemi, siyasi partiyaları güclü olsun. Amma bəzi zəif iqtidarlar sırf öz iqtidarlarını qurmaq naminə siyasi partiyaların vətəndaş cəmiyyətinin sıradan çıxardırlar. Nəticədə ümumi, ictimai güc aradan qalxır. Həmin dövlət beynəlxalq güclərin qarşısında aciz və imkansız qalır. İstənilən beynəlxalq güclər həmin ölkə ərazisində istədikləri təxribatları törədə bilirlər, istədikləri rəngli inqilablar edə bilirlər. Hakimiyyətlər, gündəmlər dəyişə bilirlər. Yəni, provokasiyalar edə bilirlər. O baxımdan bizim dövlətimiz bu istiqamətdə yubanmadan addımlar atmalıdır. Bizdə zamanında xeyli güclü olan vətəndaş cəmiyyəti və siyasi partiyalar sistemi hazırda xeyli zəifləyib. Dövlət olaraq nə qədər tez bunları bərpa etsək, cəmiyyətin siyasi fəallığının, siyasi mədəniyyətinin inkişaf etdirsək, dövlətimiz üçün bir o qədər xeyirli olar”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyir ki, Azərbaycan dövləti vətəndaşların siyasi fəallığının artmasında maraqlıdır:
“Nəzərə almaq lazımdır ki, ölkəmizdə siyasi mədəniyyətin yüksəlməsində həyata keçirilən islahatların mühüm rolu var. Son illərdə dövlət tərəfindən qeyri-hökumət təşkilatlarının inkişaf etdirilməsi, eyni zamanda müxalifət partiyaları ilə iqtidarın dialoqunun həyata keçirilməsi Azəbaycan dövlətinin siyasi partiyalara və vətəndaş cəmiyyətinə nə qədər önəm verdiyini bir daha göstərmiş oldu. Bütövlükdə isə vətəndaşların siyasi mədəniyyətinin yüksəlməsində təbliğat, maarifçilik, təşviqat işləri ilə yanaşı bu sahədə dövlət tərəfindən stimullaşdırıcı addımların atılmasının da mühüm rolu vard”. 
“Məhz son illərdə siyasi partiyalarla dialoqun güclənməsi, eyni zamanda qeyri-hökumət təşkilatları ilə müxtəlif dərəcəli əlaqələrin qurulması düşünürəm ki, bu sahədə həyata keçirilən inqilabi addımları özündə ehtiva edir. O baxımdan hesab edirəm ki, Azərbaycanda siyasi partiyaların inkişaf etməsi, eyni zamanda hakimiyyətlə müxalifət arasında dialoqun qurulması bu prosesin güclənməsində daha da mühüm rol oynayır. Azərbaycan siyasi partiyaların, vətəndaş cəmiyyətinin inkişafında həyata keçirdiyi islahatlara, eyni zamanda oynadığı rola görə regionda fərqlənənlər içərisindədir. Bu baxımdan ölkəmiz dünyanın bir çox dövlətlərinə örnək olası işlər həyata keçirir. Bu da Azərbaycanın demokratik, insan haqlarına verdiyini dəyəri bir daha nümayiş etdirir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması
Aynurə Pənahqızı Demokrat.az


