İdman

Dünya çempionatı: Yığmamız komanda yarışlarının gümüş medalını qazandı

Dünya çempionatı: Yığmamız komanda yarışlarının gümüş medalını qazandı

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatının komanda yarışları başa çatıb.

Azərbaycan yığması turnirin finalında Fransa millisi ilə qarşılaşıb. Qızıl medal uğrunda görüşdə məğlub olan yığmamız çempionatın gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, idmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medal qazanıblar.

Demokrat.az

D
demokrat.az