İdman Özəl

Benzema ilin futbolçusu seçildi

Benzema ilin futbolçusu seçildi

UEFA-nın səsverməsinə görə “Real”ın forvardı Kərim Benzema ilin ən yaxşı oyunçusu nominasiyasında qalib olub.

Demokrat.az xəbər verir ki,fransalı ulduz bu mükafatı Çempionlar Liqasının yeni mövsümündə qrup mərhələsinin püşkatmasından sonra alıb.

O, ən yaxşı futbolçu nominasiyasında iki belçikalını - Tibo Kurtua (“Real”) və Kevin de Bruyneni (“Mançester Siti”) qabaqlayıb.

Bundan başqa, kral klubunun çalışdırıcısı Karlo Ançelotti "ilin ən yaxşı məşqçisi" mükafatına layiq görülüb. Mütəxəssis bu mübarizədə Yurgen Kloppla (“Liverpul”) Pep Qvardiolanı (“Mançester Siti”) geridə qoyub.

Zamiq Demokrat.az

D
demokrat.az