Dünya Özəl

Ukrayna artıq ABŞ-dan 3 milyardlıq yardımı almağa başladı

Ukrayna artıq ABŞ-dan 3 milyardlıq yardımı almağa başladı

ABŞ-ın Ukraynaya ayırdığı 3 milyard dolların bir hissəsi artıq köçürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Dünya Bankı vasitəsilə dövlət büdcəsinə ABŞ-dan 3 milyard dollar məbləğində qrantın bir hissəsi daxil olub. "Ayrılan vəsaitlər Ukraynanın dövlət idarəetmə sisteminin fəaliyyətinin səmərəliliyini və sabitliyini qorumağa kömək edəcək" - deyə məlumatda qeyd edilib.

Həmçinin, işğalçıya qarşı mübarizə şəraitində əmək haqqı, sosial və pensiya ödənişlərinin ödənilməsini davam etdirəcək", - maliyyə naziri Serxiy Marçenko bildirib.

Bu qrant vəsaitləri pensiya ödənişlərinin və dövlət sosial yardımının müəyyən proqramlarının, o cümlədən mənzil-kommunal xidmətlərinin ödənilməsi, aztəminatlı ailələr, əlil uşaqlar və uşaqlıqdan əlillər, məcburi köçkünlər üçün nəzərdə tutulub.

Zamiq Demokrat.az

D
demokrat.az