Sosial Özəl

"Xəzər" TV-nin adından dezinformasiya yayılır — VİDEO

Xəzər TV-nin adından dezinformasiya yayılır — VİDEO

15 ildir ölkəmizin informasiya təminatında önəmli rol oynayan Xəzər Televiziyası və “Xəzər Xəbər” informasiya xidmətinin nüfuzundan istifadə edən işbazlar ortaya çıxıb.

Onlar Xəzər Televiziyası və “Xəzər Xəbər”in adlarından istifadə edərək müxtəlif sosial şəbəkə platformalarında saxta səhifələr yaradır. Daha da pisi odur ki, belə səhifələr yalan, dezinformasiya və ajiotaj yaratmağa hesablanmış mənfi yüklü xəbərlər yayırlar. Bəyan edirik ki, bu cür səhifələrin Xəzər Media Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı bütün faktları toplayaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

İzləyicilərdən xahiş edirik ki, Xəzər Televiziyasının və “Xəzər Xəbər”in rəsmi sosial şəbəkə hesablarından başqa eyni adlı saxta səhifələri izləməsinlər. Bir daha Xəzər Televiziyası və “Xəzər Xəbər”lə bağlı məlumatları ancaq rəsmi səhifərimizdən izləməyi sizlərdən xahiş edirik!

Mövzu ilə bağlı videoaçıqlamanı təqdim edirik:

Leyla Demokrat.az
D
demokrat.az