"Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsi barədə təkliflər yolverilməzdir".
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, rəsmi şəxslər tərəfindən belə çağırışlar qəbuledilməzdir.


