İnfrastruktur

Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək

Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək

Bakı metrosunun “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

“Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası avqust ayının 17-si matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək”, - məlumatda deyilir.

Qeyd edək kiu, avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” (Çexiya) oyunu keçiriləcək.

Demokrat.az

D
demokrat.az