Gündəm Özəl

Politoloq: “Azərbaycan bayrağı lazım olan yerlərdə dalğalanacaq”

Politoloq: “Azərbaycan bayrağı lazım olan yerlərdə dalğalanacaq”

“Cənab Prezident öz çıxışında bir daha Ermənistana, Qarabağdakı ermənilərə, ümumiyyətlə dünya ictimaiyyətinə çox vacib ismarıclar göndərmiş oldu. Bir daha bildirmiş oldu ki, Azərbaycan Respublikası istədiyi zaman istənilən yolla ədaləti bərpa etməyə qərarlıdır və buna müyəssər ola bilər. Sadəcə olaraq, bizim istədiyimiz sülh şəraitində Azərbaycan ərazi bütövlüyünü və dünya ədalətini bərqərar etməkdir. Bu istiqamətdə də mühüm işlər aparılacaq”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

“Əlbəttə ki, hər kəsə məlumdur ki, Laçın rayonu ümumillikdə qədim Azərbaycan torpağıdır. Bununla bağlı artıq Cənab Prezidentin müvafiq qurumlara təlimatı vardır. Təlimat da ondan ibarətdir ki, yerli sakinlər öz doğma ocaqlarına, ata-baba yurdlarına qayıtmalıdırlar. Artıq sentyabrdan başlayaraq bu işlərə start veriləcəkdir.

Politoloq: “Azərbaycan bayrağı lazım olan yerlərdə dalğalanacaq”

Əlbəttə ki, Laçın koridorunun tarixə qovuşması, yeni yol vasitəsilə ermənilərin Xankəndinə getməsi, Laçın şəhərinin işğaldan azad olunması, Zabux kəndinin işğaldan azad olunması olduqca mühüm məsələdir. Və bu, Azərbaycan tarixi üçün hər zaman yaddaşlara həkk ediləcək nüansdır. Yaddan çıxartmayaq ki, 30 il ərzində ermənilər Laçına "koridor" adı verərək öz məkrli planlarını həyata keçirməkdə idilər. Lakin üçtərəfli bəyanata imza ataraq və üçtərəfli bəyanatdakı reallıqlara müvafiq olaraq Ermənistan tərəfi öz işğalçılıq siyasətini istəməyərəkdən, bəlkə də bilməyərəkdən qəbul etməli oldu. Təbii ki, bundan sonra mütləq şəkildə yenə də lazımi olan yerlərdə Azərbaycan bayrağı dalğalanacaq”.

Politoloqun sözlərinə görə, Prezidentin Basqal qəsəbəsində mühüm ismarıcları xarici qüvvələrə verməsi olduqca mühümdür:

“Əlbəttə ki, bu onları çəkindiricək əsas məqamlardan biri olacaqdır. Avqusutun əvvəlində Azərbaycan ordusu çox kiçik hərbi əməliyyatla hansı gücə malik olduğunu bir daha 44 günlük müharibədən sonra göstərdi və bir daha sübut etmiş oldu. Əgər Ermənistan yenidən cığallıq edərsə və hər hansı bir məkrli planlarını həyata keçirmək istəyərsə, bu, ümumillikdə onlar üçün çox baha başa gələ bilər.

Hazırda Azərbaycan üçün əsas məqsəd, əsas istək və qarşıya qoyulan prioritet məsələ işğaldan azad olunmuş rayonlarda bərpa siyasətini, infrastruktur quruculuğunu həyata keçirmək, Qafqazı nəhayət ki, sülhə və əmin-amanlığa çevirməkdən ibarət olacaq. Bunu hər kəs əlbəttə ki, bilməlidir.

Sözsüz ki, biz həm bugünkü Azərbaycan Respublikası ərazisində, həm tarixi Azərbaycan torpaqlarında ədaləti bərqərar edəcəyik. Heç kimin şübhəsi olmasın ki, bu gün dünyada baş verən və əslində çox qəliz geosiyasi proseslər müəyyən mənada həm Cənubi Qafqaz, həm Mərkəzi Asiyada olan mühüm çağırışlar fövqündə görürük ki, yenə də Azərbaycan Respublikası öz maraqlarına tam əminliklə və qətiyyətlə həyata keçirməkdədir. Heç də təsadüfi deyil ki, biz bütün istiqamətlərdə, xarici vektorlarda Azərbaycana artan maraqların şahidi olmaqdayıq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az