Sosial

Son sutkada koronavirusdan ölən olmadı

Son sutkada koronavirusdan ölən olmadı

Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.

Ölkədə indiyədək 798 940 nəfər koronavirusa yoluxub. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.

Ölkədə son sutka ərzində 2 128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.

Son sutkada koronavirusdan ölən olmadı

Rza Demokrat.az

D
demokrat.az